Adam oğurluğunda təqsirləndirilən 5 nəfər İnterpol xətti ilə axtarışa verilib

OXUNUB: 740 HADİSƏ

Azərbaycan adam oğurluğundan təqsirləndirilən 5 nəfər barəsində beynəlxalq axtarış elan edib.

 

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.

 

Axtarışa verilənlər 38 yaşlı Rafat Əmirov, 32 yaşlı Rüfət Əmirov, 29 yaşlı Kamil Əmirov, 21 yaşlı Əli Hüseynov və 36 yaşı Elvin Cəfərovdur. Axtarışa verilənlərdən Rüfət Əmirov adam oğurluğunda, qalanları isə adam oğurluğuna cəhddə təqsirli bilinir.

 

Azərbaycan hüquq-mühafizə orqanları onlar ölkədən qaçdıqları üçün barələrində dövlətlərarası axtarış elan edib, saxlanılmaları üçün İnterpola müraciət olunub. /apa

 


İcmal.Az

RƏYLƏR