Adamyeyən tələbə ərlə arvadı öldürdü, kişini gəmirdi - FOTO

OXUNUB: 519 MARAQLI

ABŞ-ın Florida ştatındakı Yupiter şəhərində isti, bürkülü avqust günü idi. Yerli idman barında Harrouf ailəsi onlara baş çəkməyə gəlmiş oğulları, 19 yaşlı tələbə Ostin Harroufla nahar edirdilər.

 Ostin qıcıqlanıb, sonra hirslənib və ata-anasını barda qoyaraq çölə qaçıb.

Dediyinə görə, yaman qorxmuşdu.

Qorxu onu təqib edirmiş.

Ostin sakit, mədəni oğlan kimi tanınırdı. Güləşlə məşğul olur, futbol oynayırdı. Amma anasının dediyinə görə, Ostində qəfil dəyişikliklər başlanmışdı: "Ostin evimizin güdüldüyünü dedi, qarajda yaşamağa başladı. Sonra fövqəladə qüvvəyə malik olduğunu, Yeri xilas edəcəyini dedi. Axırda da dedi ki, onu Daniil adlı cin təqib edir".

Buna görə də Ostin evdən qaçanda valideynləri dərhal polisə zəng vuraraq "Ostin sakit oğlandır, azıb, onu tapın!" dedilər.

Ostin isə həmin anda qızmar şosse ilə yeriyir, əynindəki paltarları soyunurdu.

Hər addımla Ostinin qorxusu daha da güclənirdi.

"Sadəcə, kimisə tapmalıydım ki, mənə harada olduğumu desin. Nə baş verdiyini anlamırdım. Qorxurdum, qorxurdum, qorxurdum..." - Ostin sonradan polisə belə söyləyəcəkdi.

Ostin 59 yaşlı Con Stivens və 53 yaşlı Mişel Mişkonun yaşadıqları evə yaxınlaşdı. Ərlə arvad eyvanda teelvizora baxır, soyuq limonad içirdilər.

Ostin bu evin qarajına girmişdi.

Niyə, nə üçün - anlamırdı. Yalnız çox qorxduğunu dərk edirdi.

Boya butulkasını götürdü, başına çəkdi. Boya onun boğazını yandıranda Ostin qışqırıb, söyüb.

Həmin an qaraja girən Mişel yad adamı görəndə qorxub, qışqırmağa başlayıb.

Ostinin qorxusu daha da artıb.

 

O, Mişeli yıxıb, sonra bıçağı ilə ona zərbələr vurmağa başlayıb.

Arvadının qışqırığına gələn Con qarajın döşəməsində Mişelin cəsədini və gözləri hədəqədən çıxmış, əlləri titrəyən Ostini görüb.

Con qaçaraq evə girməyə çalışıb. Amma Ostin onu haqlayıb.

Polis hadisə yerinə gələndə Con hələ sağdı, can verirdi.

Ostin onun sinəsində oturmuşdu və fısıldayaraq Conun sifətini gəmirirdi.

Polislərin dediklərini eşitməyən, elektroşokerdən sonra da qurbanından əl çəkməyən Ostini dayandırmaq üçün onun üstünə polis köpəklərini qısqırdıblar.

Amma artıq gecdi, Con keçinmişdi.

Polislər onun biləklərinə qandal vuranda Ostin qışqırırdı: "Öldürün məni! Güllələyin! Buna layiqəm".

Polis idarəsində istintaq zamanı o, ağlayıb, boğazındakı ağrılardan şikayətlənib.

Hospitala aparılan Ostin Harrouf orada koma vəziyyətinə düşüb, 11 gün özündə olmayıb, amma ölməyib.

Ostin Harroufun məhkəməsi başlanıb. Ekspertiza onun qanında narkotik maddələr qalıqları aşkarlamayıb.

Onun davranışının, qatilliyinin və adamyeyənliyinin səbəbləri araşdırılır./milli

İcmal.Az

RƏYLƏR