Ağdaşda avtomobil aşdı

OXUNUB: 831 HADİSƏ

Ağdaş rayonunda 4 nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 10:30 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Yenikənd kəndi ərazisindən keçən hissəsində olub.

Minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyəti ağır kimi dəyərləndirilir. Həmin şəxslərin adları hələlik məlum deyil. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır./apa

 

İcmal.Az

RƏYLƏR