Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı

OXUNUB: 627 AZƏRBAYCAN HADİSƏ
Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 20-də saat 17 radələrində Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində kənd sakini R.Məmmədov idarə etdiyi "VAZ-2107” markalı avtomobillə yolun kənarı ilə velosiped sürən Ağdaş şəhər sakini Əlibala Məmmədovu vurub və velosipedçi Yuxarı Şirvan kanalına yıxılıb. Ə.Məmmədovun meyiti sudan çıxarılıb. Ağdaş RPŞ tərəfindən araşdırma aparılır.

RƏYLƏR