Ağdaşda qadın özünü öldürmək istədi

OXUNUB: 659 HADİSƏ

Ağdaş rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Rayonun Davudlu kənd sakini, 1993-cü il təvəllüdlü Abdulkərimova Pərişan Ağakərim qızı ötən gecə yaşadığı evdə sirkə turşusu içərək özünü zəhərləyib.
 
P. Abdulkərimova ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
 
Hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.
 
Ailəli olan qadının özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır./apa

 İcmal.Az


RƏYLƏR