Ağdaşda qəza: Ölənlər var

OXUNUB: 798 HADİSƏ

Bakı-Şamaxı-Yevlax yolunda ağır yol qəzası baş verib.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 11:00 radələrində Ağdaşın Xosrov kəndi ərazisində baş verən qəza nəticəsində iki nəfərin öldüyü, iki nəfər ağır xəsarət aldığı bildirilir.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Xəsarət alanlar Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR