Ağdaşda yol qəzası nəticəsində iki avtomobil yanıb, bir nəfər xəsarət alıb - YENİLƏNİB - FOTO

OXUNUB: 675 HADİSƏ

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində baş verən yanğın söndürülüb. 

 Yanğın zamanı "VAZ-2107" markalı avtomobildə olan beş sərnişindən biri yüngül xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım briqadası ona yardım göstərib. 


*** 09:59

Ağdaşda iki avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

Hadisə rayonun Ağzıbir və Pirəzə kəndləri arasında qeydə alınıb.

Belə ki, Pirəzə kənd sakini Alı Məbud oğlu Aslanovun idarə etdiyi köhnə QAZ-53 markalı yük maşını Qəbələ sakininin idarə etdiyi VAZ-2107 markalı avtomobillə toqquşub. Qəza nəticəsində hər iki avtomobil alovlanıb. 

Avtomobildə olan şəxsləri çıxarmaq mümkün olub. Xəsarət alanların olub-olmaması barədə məlumatlar dəqiqləşdirilir.

Hazırda yanğın söndürülür.

Hadisə yerinə polis əməkdaşları gəlib, araşdırma aparır./report

 

İcmal.Az

 

 


RƏYLƏR