Adnan Oktar cinayətində YENİ DETALLAR - Azərbaycan vasitəsilə...

OXUNUB: 877 DÜNYA

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktarın ilk ifadəsi açıqlanıb.

İcmal.Az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən A.Oktarın Çengelköydəki villasında araşdırma aparılıb. Polis təhdid, şantaj və çirkli pulların yuyulması ilə təşkilatın ayda 10 milyon dollara yaxın gəlir əldə etdiyini açıqlayıb.

Bu arada A.Oktarın ilk ifadəsi ilə bağlı bəzi detallar da mətbuata sızıb. Iddiaya görə, A.Oktar əqlinin yerində olduğunu deyib: "Dəli deyiləm, psixi durumun yerindədir. Bununla bağlı 60-a yaxın sənədim var”-deyə, bildirib.

Araşdırma zamanı bəlli olub ki, təşkilat üzvlərinin adına 86 saxta firma quran A.Oktar, hətta Avropadakı bəzi tanınan firmaların da adından istifadə edib. Azərbaycan, Çin, Dubay və Qətər vasitəsilə saxta şirkətlərlə alış-veriş etdiyi bildirilir. Təşkilatın villalara ayda 200 min dollar kirayə pulu ödədiyi bildirilib. Polis hazırda həmin villalarda olduğu ehtimal edilən 200 milyon türk lirəsi və dəlilləri axtarır.

Şirkətin 235 şübhəli üzvündən 192-si saxlanılıb, 43 şübhəli isə axtarışdadır. "Kediciklər” olaraq adlandırılan 106 qadından 105-i saxlanılıb. İddiaya görə bu qadınlar təşkilatın kişi üzvləri tərəfindən zorlanıb və həmin anlar foto və videoya çəkilərək şantaj edilib. Bununla da onlar məcburi şəkildə təşkilata üzv olublar.

İcmal.Az

RƏYLƏR