Adnan Oktar işində daha bir fakt - 5 uşağını aparıb, 25 il... - FOTOLAR

OXUNUB: 639 DÜNYA
5 uşağı və bir nəvəsi Adnan Oktarın çirkin əməllərinə qurban gedən Semin Babuna yaşadıqlarını polisə danışıb. O deyib ki, Adnan Oktar Babuna ailəsinə atom bombası kimi düşüb və ailəni dağıdıb.

Ölkənin tanınmış professorlarından olan Cevat Babunanın (Semin Babunanın həyat yoldaşı - red.) 5 uşağı və nəvəsi 25 il Adnan Oktar əsarətində qalıb. Həyat yoldaşı deyir ki, ilk illər onlarla üzbəüz görüşüb danışa bilirdik, sonra o imkanı da əlimizdən aldılar:

"Adnan Oktar ailəmizin cəlladı oldu. 25 ildir uşaqlarımıza həsrətik. Onların beynini o qədər yuyub ki, uşaqlarım mənimlə görüşmək istəmirdilər. Məni kafir adlandırırdılar. Adnan özünü Mehdi kimi təqdim edib uşaqlarımı "din” adamı eləyəcəyini dedi və həyatlarını məhv elədi. Qızlarıma təcavüz ediblər”.

2006-cı ildən bu günə qədər telefonda belə uşaqları ilə əlaqə saxlayan bilməyən ana onların həbs olunduğunu eşidən kimi həbsxanaya qaçdığını deyir:

"İllərdir üzlərini görmürdüm. Səsələrini belə unutmuşdum. Bizimlə bərabər 3-4 ailə var ki, 25 ildir uşaqlarını o adamın əlindən almağa çalışsa da, buna nail ola bilməyib. Həbsxanaya gedib uşaqlarımızla görüşmək istədik. Amma qızım mənə "Adnan hocamı tutduran adamla görüşmərəm. Sən kafirsən " deyib görüşmək istəmədi. Bizə qarşı illərdir şantaj materiallar hazırlayırdılar. Uşaqlarımızdan əl çəkmədik deyə, dəfələrlə təqib edib döyüblər, polislərə veriblər. Dəfələrlə məhkəmələrimiz olub. Bütün bu məhkəmələrdə bəraət almışıq”.

Qadının sözlərinə görə, tək istəyi uşaqlarını həbsdən çıxarıb psixoloji vəziyyətlərinin düzəlməsi üçün müalicə etdirməkdir.

Xatırladaq ki, Adnan Oktar araşdırması zamanı özü də daxil olmaqla, 169 tərəfdaşı həbs edilib, 168 nəfər şübhəli şəxs qismində saxlanılıb. Digər öplkələrdə onlarla əməkdaşlıq edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində də əməliyyatlar davam etdirilir./publika


Adnan Oktar işində daha bir fakt - 5 uşağını aparıb, 25 il... - FOTOLAR
Adnan Oktar işində daha bir fakt - 5 uşağını aparıb, 25 il... - FOTOLAR
Adnan Oktar işində daha bir fakt - 5 uşağını aparıb, 25 il... - FOTOLAR
 

İcmal.Az

RƏYLƏR