Adnan Oktarın Azərbaycanda fəaliyyət göstərən daha bir şirkəti - "Pico Della"

OXUNUB: 2629 Özəl SİYASƏT
Türkiyədə 31 ittiham üzrə həbs edilən Adnan Oktarın Azərbaycana mal ixrac edən şirkətlərindən biri haqda məlumat yayılıb.

Saytımız Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu işlə əlaqədar tutulan məşhur iş adamlarından Mehmet Alp Ünlünün "Pico Della" markası adı altında Azrbaycana mal ixrac etdiyi məlum olub.

O, əsası 1956-cı ildə qurulan və Türkiyənin tekstil sahəsində əhəmiyyətli şirkətlərindən "İstanbul Köynəkləri AŞ”nin idarə heyətində olub.

Bu şirkətin əli ilə 1999-cu ildən Azərbaycan, Rusiya, Qazaxıstan və Dubaya mal ixrac edilib.

Mehmet Alp Ünlü ailəsinin "Giovanni Pico Della" adı ilə keçən il şirkət qurub. Eyni adlı marka ilə Azərbaycan və digər ölkələrə mal ixracı həyata keçirilib./modern

Qeyd edək ki, Mehmet Alp Ünlü ailəsindən başqa daha bir ailənin də işin içində olduğu müəyyən edilib.

RƏYLƏR