ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına Beyləqandan başladı

OXUNUB: 1012 QHT
Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Yeniyetmə və gənclər arasında erkən nikahlara dair monitorinq və sorğunun keçirilməsi, geniş ictimaiyyətin iştirakı ilə sosial aksiyaların təşkili, sosial çarxların hazırlanması və ictimai yayımının həyata keçirilməsi” layihəsinin icrasına başlamışdır. Maarifləndirmə, sosial aksiya, sosial reklam və PR fəaliyyətləri ilə həyata keçiriləcək layihə Beyləqan, Masallı, Şabran və Qobustan rayonlarını əhatə edəcəkdir.

4 (dörd) ay davam edəcək fəaliyyətlərə ilk olaraq regionlarda erkən nikahların obyektiv mənzərəsinə aid sosioloji sorğuların və monitorinqin aparılması, bölgələrdə aidiyyətli yerli hakimiyyət strukturları təmsilçilərinin, təhsil, səhiyyə, gənclər, ədliyyə, hüquq-mühafizə orqanları və fəal gənclər ictimaiyyəti nümayəndələrinin, ailə, ağsaqqal, din institutu üzvlərinin, KİV və ictimai fəalların iştirakı ilə məlumatlandırıcı, təbliğati seminarın təşkili, sosial şəbəkələrdə, KİV və sosial mediada PR kampaniyalarının aparılması və virtual ictimai debatların təşkili daxildir. Layihə çərçivəsində zəngin bilgi və hüquqi informasiyaların əks olacağı "Erkən nikahlar: maarifləndirmə və ictimai qınaq” adlı kitabçanın nəşri və yayıımı və 2 formatda sosial çarxların çəkilməsi da həyata keçiriləcəkdir.

Layihənin məqsədi regionlarda yeniyetmə və gənc qızlar və oğlanlar arasında erkən nikahların yayılmasına "YOX” demək, onların özlərini və valideynlərini bu cür zərərli addımlardan çəkindirmək, bölgələrdə müxtəlif strukturların iştirakı ilə ictimai qınaq, maarifləndirmə kampaniyasına və digər sosial aksiyalara başlamaqdır. Layihənin digər məqsədlərindən biri də bölgələrdə yeniyetmə qız və oğlanlar arasında təhsilə və peşə vərdişlərinə maraq və motivasiya yaratmaqdır.

İlk regional maarifləndirici seminar 30-a yaxın rayon ictimaiyyətinin, fəal gənclərin və aidiyyətli qurumların təmsilçilərinin iştirakı ilə Beyləqan Gənclər Mərkəzində keçirildi. Seminarın açılışında Beyləqan rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ramiz Əliyev, İH-nin yetkinlik yaşına çatmayan şəxslərlə iş üzrə komissiyasının katibi Elnur Heydərov və rayon Gənclər və İdman İdarəsinin rəisi Sənan Quliyev iştirak etdilər və onlar açılış çıxışlarında belə maarifləndirici layihənin icrasına görə ADTGT-yə və AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkürlərini bildirdilər və tədbirin əhəmiyyətini və rayon gənclərinin maariflənməsinə müsbət təsirini qeyd etdi. Sonra təşkilatın sədri – layihənin rəhbəri Asif Əsgərli çıxış edərək, layihənin məqsədi, fəaliyyət istiqamətləri və region gənclərinə yönələcək maarifləndirici təsirini vurğuladı və bu işin davamlılığını qeyd etdi.

Seminarda iştirak edən Beyləqan rayon təhsil, səhiyyə və digər strukturların məsul əməkdaşları da çıxış edərək, tədbirin müsbət əhəmiyyətini və maarifləndirici rolunu qeyd etdilər.
Seminar tədbir iştirakçılarının interaktiv müzakirələri və maariflənmələri ilə davam etdi. Layihənin eksperti – PR meneceri Gülnarə Bağırova maraqlı, zəngin bilgilərlə region gənclərini ətraflı məlumatlandırdı və çap olunan kitabça və sorğu anketi haqda da informasiya verdi. Seminar geniş ictimai müzakirə və fikir mübadiləsilə davam etdi və sonda bir çox maraqlı sualllara cavablar verildi.

ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına Beyləqandan başladı

ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına Beyləqandan başladı

ADTGT erkən nikahlarla bağlı regionlarda yeni layihənin icrasına Beyləqandan başladı

RƏYLƏR