Aeroport yolunda 16 yaşlı oğlanı maşın vurdu

OXUNUB: 876 HADİSƏ

Hava limanına gedən yolun Suraxanı rayonu ərazisinə düşən hissəsində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, 2001-ci il təvəllüdlü Kazımov Emin Polad oğlu yolun Bülbülə qəsəbəsinə ayrılan hissəsində yerüstü piyada keçidindən istifadə etmədən qarşı tərəfə keçərkən onu maşın vurub.

Yaralı ağır vəziyyətdə 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

 

Sürücü Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

İcmal.Az

RƏYLƏR