AFFA-dan Mingəçevir stadionuna hədiyyə

OXUNUB: 510 İDMAN
AFFA Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionuna otbiçən hədiyyə edib.

Bu barədə Mingəçevir Uşaq-Gənclər İdman Məktəbinin direktoru, sabiq hakim Rövşən Əhmədov özünün sosial şəbəkə hesabında paylaşım edib.

Mingəçevirli referi otbiçən maşının artıq sınaqdan keçirildiyini əlavə edib: 

"AFFA rəhbərliyi tərəfindən Mingəçevir şəhər stadionuna hədiyyə olunmuş otbiçən maşının iş fəaliyyətini stadionun əməkdaşı sınaqdan keçirdi. Çox yaxşı, keyfiyyətli maşındır, iş qabiliyyəti də yüksək səviyyədədir...

Şimal-Qerb Regional Futbol Federasiyası İctimai Birliyinin rəhbərliyi, Y.Məmmədzadə adına şəhər stadionunin əməkdaşları və şəhər futbol ictimaiyyəti adından AFFA rəhbərliyinə, şəxsən Elxan Məmmədova minnətdarlığımızı bildirir, göstərilən diqqət və qayğıya görə təşəkkür edirik".
Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov noyabrın 17-də Mingəçevir şəhərində olub. O, həmin səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovla birlikdə Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda aşağı yaş qruplarından ibarət komandaların üzvləri ilə görüşüb, uşaqların məşqini izləyiblər. Uşaqlara AFFA tərəfindən idman geyimləri və toplar hədiyyə olunub.

RƏYLƏR