AFFA-nın böyük ayıbı

OXUNUB: 10669 İDMAN
Dünən Azərbaycanın əməkdar həkimi Boris Xetaqurov özünün 80-ci doğum gününü qeyd etdi.

Sosial şəbəkələrdə və idman mediasında tanınmış idman həkiminə bir çox təbriklər ünvanlandı, onun haqqında xoş sözlər səsləndi.

Təəssüflər olsun ki, Boris Xetaqurovun ömrünün böyük bir hissəsini həsr etdiyi, yaradılmasına əmək verdiyi AFFA-dan səs çıxmadı. Xetaqurov milli komandamız yarandığı gündən onun həkimi olub, futbolçuların sağlamlığının keşiyində dayanıb. AFFA bir çox digər sahələrdə olduğu kimi, tibb sahəsini də əcnəbilərə tapşırıb, azərbaycanlı kadrları görməzdən gəlib. Bununla belə, 80 yaşlı həkimə qarşı bu cür soyuqluğa izah vermək çətindi.

Dünən "Neftçi” PFK rəsmi "Feysbuk” səhifəsindən Boris Xetaqurovun 80 illik yubileyini təbrik etdi. Amma eyni davranışı AFFA göstərmədi. Nə rəsmi saytdan, nə də sosial şəbəkələrdə ömrünü Azərbaycan futboluna həsr etmiş əməkdar həkim xatırlanmadı.

Qoy olsun. AFFA italyanların, serblərin, ukraynalıların başına dönsün, onların ciblərini doldursun. Buna da bir gün son qoyulacaq. Əsl vətənpərvələr öz qiymətini alacaqlar!/Sport7.az

7News.Az

RƏYLƏR