AG BANK-ın adı daha bir şok cinayət işində hallanır – 6 milyarda yaxın pulu necə leqallaşdırıblar?

OXUNUB: 368 GÜNDƏM İQTİSADİYYAT TƏHLİL

Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət yolu ilə əldə edilmiş 5,5 milyard manat pulu leqallaşdırmaqda təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin məhkəməsi başlayıb.

Hakim Azad Məcidovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib. İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Proses fevralın 6-da davam etdiriləcək.

M.Əliyev 2017-ci ildə 1,7 milyard manat pulu leqallaşdırmaqda ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasını 9 saylı cəzaçəkmə müəssisində çəkir. "Qafqazinfo”nun verdiyi xəbərə görə, R.Vəliyev isə istintaqdan yayındığı üçün 2015-ci ilin dekabr ayından "İnterpol” vasitəsilə axtarışa verilib.

İttihama görə, "Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşərək ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. M.Əliyev onu "AGbank”ın İdarə Heyətinin sədri Azər Mövsümovla görüşdürüb.

Rüfət Vəliyev görüşdə özünü "Provision Group”, "İmpeks+”, "Blast”, "Qalaksi A”, "Asin Co. LTD”, "Primo A” və "İTEK” MMC-lərin direktoru kimi təqdim edib. O, guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələrinin olacağını bildirib və bunun üçün bankın filiallarının birində onlara otaq ayrılmasını istəyib. Azər Mövsümov onlar üçün "AGbank”ın Xətai filialında otaq ayırıb.

https://www.aztoday.az/wp-content/uploads/2019/02/rufet-300x188.jpg 300w" sizes="(max-width: 637px) 100vw, 637px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;" />Malik Əliyev "Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib. Rüfət Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları Vidadi Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb.

Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb, ardıyca xarici valyutaya konversiya edilərək xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova Rüfət Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib Malik Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Bu qayda ilə M.Əliyev "Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, "İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, "Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, "Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, "Asin Co. LTD” vasitəsilə 79 milyon manat, "Primo A” MMC vasitəsilə 213,5 milyon manat, "İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konversiya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Digər təqsirləndirilən Rüfət Vəliyev də oxşar əməllərlə cinayət yolu ilə əldə edilmiş 3 milyard manat pulu leqallaşdırıb.

AzPolitika.info”nun məlumatına görə, adı bu işdə keçən Azər Mövsümov hazırda "AGbank”ın Müşahidə Şurasının üzvüdür. Bankın Müşahidə Şurasının sədri, sahibi isə sabiq deputat Çingiz Əsədullayevdir.

6 milyard vəsaitin nə qədər hissəsinin "AGbank” vasitəsilə leqallaşdırılması açıqlanmasa da, bu işin Çingiz Əsədullayevdən xəbərsiz həyata keçirilməsi inandırıcı görünmür. Əks halda Azər Mövsümov sonradan "AGbank”da Müşahidə Şurasına gətirilməzdi…

Onu da qeyd edək ki, "AGbank”ın adı bundan əvvəl bir neçə dəfə çirkli pulların yuyulması işlərində hallanıb.

Belə ki, Çingiz Əsədullayev sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamlarından biri kimi tanınıb. Keçmiş MTN-də yığılan "qara pulların” xarici banklara məhz "AGbank” vasitəsilə ötürülməsi haqda xəbərlər yayılıb.

Çingiz Əsədullayev və bankının adı həmçinin daha Beynəlxalq Bankdakı proseslərlə bağlı da hallandırılıb, hətta onun istintaqa cəlb edilməsinə dair xəbərlər yayılıb. Bildirilirdi ki, Ç.Əsədullayevin də "maliyyə xəyanətlərində” iştirakı olub, Beynəlxalq Bankdan talan olunan milyardların bir hissəsini Mahmudov-Hacıyev çetesi "AGbank” üzərindən ofşorlara transfer ediblər.
https://www.aztoday.az/wp-content/uploads/2019/02/eldar-300x225.jpg 300w" sizes="(max-width: 450px) 100vw, 450px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;" />
"Beynəlxalq Bank işi”ndən əvvəl də Çingiz Əsədullayevin bankı haqda sensasion ittihamlar vardı. Musavat.com-un yaydığı bir məlumata görə, 2014-cü ilin iyununda Kaliforniya Universitetinin ("KrebsOnSecurity”) onlayn apteklərlə bağlı apardığı araşdırmalarda bəlli olmuşdu ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri "tərəfdaşlıq” proqramları vasitəsilə əsasən "Azəriqazbank”da (hazırda "AGbank” adlanır) "yuyularaq” nağdlaşdırılıb: "Oxşar iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy da çıxış etmişdi. Lakin nədənsə, həmin vaxt nə hüquq-mühafizə orqanları, nə Maliyyə Nazirliyi bu faktları araşdırdı. Bank rəhbərliyi də ittihamlarla bağlı heç bir açıqlama vermədi. E.Mahmudovun "vurulmasından” sonra isə Ç.Əsədullayevə yönəlik ittihamlar daha da artdı. Öncə İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov çirkli pulların yuyulması ilə bağlı ittihamları təsdiqləyən məlumat yaydı. O bildirdi ki, Ç.Əsədullayev dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib”.

Qeyd olunanlar, "AGbank”ın adının dəfələrlə "çirkli pullar”ın "yuyulmasında” hallandırıldığını, bununla bağlı konkret iddiaların irəli sürüldüyünü göstərir. Bu baxımdan daha bir cinayət yolu ilə əldə olunmuş pulları leqallaşdırmaqda "AGbank”ın, onun rəhbər şəxslərinin adının hallanması təəccüblü olmadı. Hansı ki, bu hadisə də Ç.Əsədullayevin yaxın dostu adlandırdığı Eldar Mahmudovun ölkədə "fironluq” etdiyi dövrə təsadsüf edir…Onlar belə böyük bir əməliyyatı diqqətdən kənarda saxlayardılarmı?
https://www.aztoday.az/wp-content/uploads/2019/02/agbank-696x406-300x175.jpg 300w" sizes="(max-width: 696px) 100vw, 696px" style="padding: 0px; margin: 5px auto; outline: none; list-style: none; border-width: 0px; box-sizing: border-box; max-width: 100%; height: auto; vertical-align: middle; clear: both; display: block;" />
Bilmirik…Leqallaşdırılan 5,5 milyard manat pulda kimin nə qədər payının olduğu, nə qədər qazanc götürdüyü açıqlanmır. Ancaq adları belə işlərə qarışan bankların ciddi zərbə aldıqları şübhə doğurmur. Adı "çirkli pullar”ın leqallaşdırılmasında, hətta bir dəfə çəkilən bank beynəlxalq maliyyə bazarında etibarını itirir, heç bir təşkilat onunla əməkdaşlıq etmək istəmir. Belə banklar qısa müddətdən sonra müflis olaraq, fəaliyyətini dayandırmalı olur.

Cinayət yolu ilə əldə edilmiş pulun leqallaşdırmasında adı hallanan Azərbaycan banklarından biri – "Royalbank” artıq fəaliyyətini dayandırıb. Adını dəyişdirərək (əvvəlki adı "Azəriqazbank” idi) hələlik fəaliyyətini davam etdirən "AGbank”-ı nə gözləyir? Bunu, əlbəttə, zaman göstərəcək. Ancaq son vaxtlar iri müştərilərin "AGbank”-la əməkdaşlığı dayandırması banka yaxşı gələcək vəd etmir…

RƏYLƏR