"AG Bank"hesabatını niyə gizlədir - ŞOK TƏFƏRRÜAT+FOTO

OXUNUB: 1461 Özəl Seçilmiş Önəmli İQTİSADİYYAT
AG Bank" ın cəmi kapitalı 11 milyon 787 min manat azalıb. Bundan başqa bankın məcmu kapitalı da 4 milyon 192 min manat azalıb.

7NEWS.az "Kommersant.az-a istinadən xəbər verir ki, "AG Bank"ın cəmi kapitalı hər il azalır. Belə ki, bank, 2016 -cı ilin sonunda 53 milyon 804 min manat cəmi kapitala sahib olub. 2017 -ci ilin sonunda isə bu rəqəm 6 milyon 630 min manat azalaraq 47 milyon 174 min manata, cari ilin 3-cü rübünə olan hesabatında isə 5 milyon 157 min manat (ümumilikdə 11 milyon 787 min manat) azalıb.
 


"AG Bank"ın bu ilin 3-cü rübünə olan hesabatına əsasən bankın məcmu kapitalı 40 milyon 846 min manat olub. Bu isə 2017 -ci ilin sonuna görə 4 milyon 192 min manat azdır. 2016 -cı ilin sonuna olan hesabatında isə bank məcmu kapitalını gizlədib.

Bununla bağlı banka müraciət etsək də bank rəsmisi Fatimə Ağalarova suallarımızı cavablandırmayıb.

RƏYLƏR