AGAT-ın Etika Akademiyasında “Fitnes etikası” adlı seminar təşkil edilib

OXUNUB: 1020 QHT
Seminarın əsas məqsədi gəncləri sağlam həyat tərzinə təşviq etmək, fitnesin vacibliyinin çatdırmaq və gəncləri bu sahədə maarifləndirmək olmuşdur. Əvvəlcə gəncləri salamlayan AGAT sədri Lalə Mehdiyeva bildirib ki, bu cür seminarları təşkil etməkdə məqsəd gənclərin maariflənməsidir. L. Mehdiyeva vurğulamışdır ki, fitnesin təbliği sahəsində seminarın keçirilməsi gənclər təşkilatları arasında ilk dəfədir. 
Daha sonra seminara başlayan fitnes üzrə ekspert Əkbər Kərim fitnes haqqında məlumat verərək deyib ki, fitnes tək idman olmaqla yanaşı həm də yaşam tərzidir: "Fitneslə məşğul olan bir kimsə bilməlidir ki, fitnes - sağlam yaşamağın və gözəl görünüşün təminatçısıdır. Oturaq həyat tərzi sürən və az hərəkətdə olan insanlar daim yuxu problemləri ilə üzləşirlər.Yuxusuzluqdan əziyyət çəkirlər, bunun isə sağlamlığa nə qədər ziyan olduğunu bilirik. Gündəlik fiziki yükün yoxluğu (hipodinamiya), ürək -damar siteminin xəstəlikləri təhlükəsinin əsas faktorlarından sayılır. İllərlə piy və əzələ kütləsi arasında nisbət dəyişir. Piy kütləsi aktiv əzələ kütləsini geridə qoyur. Orta fiziki yüksüz, 60 yaşa çatdıqda 30% əzələ gücünü itirmək mümkündür”. Seminar gənclər tərəfindən marağa səbəb oldu. Sonda ekspert aidiyyatı mövzu ilə əlaqədar gənclərin suallarına cavab verdi.

RƏYLƏR