Agentliyin BP Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub

OXUNUB: 772 Özəl GÜNDƏM QHT SOSİAL
QHT Agentliyinin BP (Birtish Petrolium) Azərbaycan nümayəndəliyi ilə görüşü baş tutub. 
Keçirilən görüşdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Sosial İnvestisiya Qrupunun rəhbəri Xalid Rəcəbov, Agentliyin Layihələr Departamentinin müdiri Elnur Bağırlı, Beynəlxalq əlaqələr üzrə məsul şəxs Toğrul Məmmədli, Mətbuat üzrə məsul şəxs Leyla Rəhimova iştirak ediblər. 
Görüşü giriş nitqi ilə açan icraçı direktor Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb. 
Sonra çıxış edən BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse prezidenti Bəxtiyar Aslanbəyli səmimi qəbula görə Agentliyə təşəkkür edib və keçirilən bu görüşün birgə işlərin görülməsi istiqamətində məhsuldar olacağını diqqətə çatdırıb. 
Çıxışlardan sonra görüş mütəmadi olaraq Agentlik BP Azərbaycanla birgə layihələrin icra edilməsi, keçiriləcək layihələrə qeyri-hökümət təşkilatlarının cəlb olunması, regionlarda BP və Agentliyin dəstəyi ilə QHT resurs mərkəzlərinin yaradılması və.s mövzuları ətrafında geniş müzakirələr aparılıb.  
Görüşün yekunu olaraq xatirə fotosu çəkilib.
 
Açıklama yok.
Açıklama yok.

RƏYLƏR