Aİ-nin xüsusi nümayəndəsi Ermənistan prezidenti ilə Qarabağ münaqişəsindən danışıb

OXUNUB: 591 SİYASƏT

Ermənistan prezidenti Serj Sarkisyan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toyvo Klaarı qəbul edib.

İcmal.Az Report-a istinadən xəbər verir ki, bu haqda ölkə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Toyvo Klaar görüşdə bildirib ki, onun əsas vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllində ATƏT-in Minsk qrupu həmsədrləri ilə qarşılıqlı fəaliyyət göstərməkdir. O, münaqişənin dinc yolla həlli prosesinə töhfə vermək üçün çalışacağını bildirib. 

Xatırladaq ki, Tojvo Klaar gələn həftə Azərbaycana səfər edəcək.

Dekabrın 4-5-də baş tutacaq səfər çərçivəsində T.Klaar bir sıra Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək.

İcmal.Az

RƏYLƏR