Ailə qurmaq istəyən 97 cütlükdə talassemiya aşkarlanıb

OXUNUB: 838 SOSİAL
"Ailə qurmaq istəyən 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb”.

İcmal.Az virtualaz-a istinadən xəbər verir ki, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Ceyhun Məmmədov Beynəlxalq Talassemiya Günü ilə bağlı bu gün keçirilən tədbirdə bildirib.

C.Məmmədovun sözlərinə görə, ailə quran cütlüklərdən nikahdan öncə müayinə aparılması talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasına səbəb olub:

"Bu müayinələrin aparılmasında məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyə qədər 258521 nəfər müayinədən keçib. 11215 nəfərdə talassemiya daşıyıcılıq aşkarlanıb, 97 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb. Daşıyıcı olan 54 cütlük prenatal diaqnostika olunması üçün qeydiyyata götürülüb”.

"2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicəsi və profilaktikası üzrə” Dövlət Proqramı həyata keçirilir.
 
İcmal.Az

RƏYLƏR