"Ailə üçün DƏYƏR!" - Xaçmazda təlim keçirilib

OXUNUB: 1289 QHT

29 iyul 2017-ci il tarixdə Azərbaycan Respublikasının prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyi "Ailə üçün Dəyər!" adlı layihəsinin regionda son təlimini Xaçmaz rayonunda təşkil etdi.


"Gənc Vətəndaş" Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova "Ailə üçün dəyər!" layihəsi,  təşkilatın bu sahədə fəaliyyəti haqqında danışıb. O, ailəhüququnun əsas məqamlarından olan valideyn məsuliyyətinin artırılması və qanunvericilikdə valideynn məsuliyyətinin tənzimlənməsi haqqında məlumat verib. Eyni zamanda o, ailəməcəlləsinə dəyişikliklərin edilməsinin vacibliyini, Ailəməhkəmələrin yaranmasına ehtiyacın olduğunu vurğulayıb. 

Təlimdə səyyar hüquqi xidmətin göstərilməsi məqsədi iləregionlarda Ailə Hüquq Akademiyasının fəaliyyət göstərməsinin vacibliyi qeyd olunub.  

Daha sonra Nuriyyə Abbasova təlimdə iştirak edən 20 nəfər gənc  üçün Ailə hüququ, Mülkiyyət hüququ, Valideyn məsuliyyəti, Ailədaxili zorakılıqdan müdafiə mexanizmləri haqqında məlumatları əks etdirən ailə münasibətlərinin hüquqi tənzimlənməsi haqqında iştirakçılara praktiki məlumat verib. Eyni zamanda təlimdə nikahın rəsmi qeydiyyata alınmasının vacibliyi, hüquqi məlumatlılığın çox olmasının yarana biləcək problemlərin aradan qaldırılmasına yardım etməsi və məhkəmə praktikasından danışan N.Abbasova qeyd edib ki "Ailə hüququnun əhatə etdiyi əsas vacib məqamlardan biri uşaq hüquqlarıdır və valideyn məsuliyyəti bu hüququnəsasını təşkil edir”.

Sonda iştirakçıların sualları cavablandırılıb.






RƏYLƏR