Ailəli olan azərbaycanlı aparıcı: Sevgilim var - FOTO

OXUNUB: 812 ŞOU-BİZNES

Ötən gün "5/5" verilişinin qonağı olan Sevda Yahyayeva ilk dəqiqələrdən aparıcı Zaur Kamalın hədəfinə çevrilib.

İcmal.Az xəbər verir ki, xanım ifaçının verilişə geydiyi paltar aparıcının diqqətini çəkib. Zaur Sevdadan verilişə geydiyi həmin paltarın qiymətin soruşub:

"Gözəl paltardır, bahalı paltara oxşayır. Qiyməti nə qədərdir? Sevgilim var, ona alacam. Efir xatirinə nələr edirik biz. 5 mindir?"

Sevda qiyməti açıqlamamağa çalışsa da, aparıcı müğənnidən gizli şəkildə paltarının qiymətini öyrənərək açıqlayıb: "6 min".

 

Qeyd edək ki, Zaur ailəlidir və iki oğlan övladı var.

İcmal.Az

RƏYLƏR