Ağır xəstə olan qıza böyrəyini verdi, qarşılığında GÖRÜN NƏ TƏKLİF ETDİ - Eşidənlər ŞOKDA/FOTO

OXUNUB: 697 DÜNYA
Fələstinli gənc, dializ otağında görüb aşiq olduğu bir qıza böyrəyini verməyə hazırlaşır.

Qəzzadan Emir Ebraş böyrək xəstəsi olan Safa Əl-Harazin ilə təxminən 4 ay öncə çalışdığı dializ mərkəzində tanış olub. Qısa zamanda aşiq olan gənc, qıza həm evlilik, həm də böyrəyini bağışlamağı təklif edib. Harazin əvvəlcə tərəddüd etsə də, sonradan Ebraşın səmimiyyətinə inanıb və onun təkliflərini qəbul edib. Artıq onlar nişanlanıblar.

Sözügedən qız bu xəstəliyə 19 yaşında olarkən tutulub. Həmin vaxt anası öz böyrəyini ona bağışlasa da, cəmi 4 il keçdikdən sonra yenidən eyni problem ortaya çıxıb. O, İsrailin 2014-cü ildə Qəzzadakı hücumları nəticəsində qorxu və psixoloji sarsıntıdan belə xəstəliyə tutulub.

Hazırda evlilik hazırlığında olan gənclər eyni zamanda böyrək nəqli üçün də müxtəlif testlərdən keçirlər./yenicag.az

İcmal.Az

RƏYLƏR