"AKKORD”un baş direktor müavini Cavid Ağayevin "Carabao maxinasiyası” – MİLYONLAR BELƏ YEYİLİR

OXUNUB: 8967 Özəl HƏFTƏLİK İCMAL Seçilmiş Önəmli

Bir neçə gündür ölkə mətbuatı supermarketlərdə satılan "Carabao” energetik içkisi ilə bağlı ciddi məlumatlar dərc edir. Medianın məlumatına görə, bu içkinin üzərində Azərbycan dilində bircə kəlmə də yoxdur. Digər tərəfdən istehsal tarixi və yararlıq müddəti də içkinin üzərində qeyd olunmayıb. Bütün bunlardan əlavə satıcıdan içkinin gigiyena sertifikatını tələb edəndə məlum olub ki, belə bir sənəd yoxdur. Məsələ ilə bağlı bütün ekspertlər, mütəxəssislər və dövlət məmurları birmənalı olaraq bildiriblər ki, gigiyena sertifikatı olmadan məhsulun satışı qadağandır.

AMMA QANUNSUZ SATIŞ, ÜSTƏLİK REKLAM VƏ S.

Deməli bu boyda qanunsuzluğun arxasında "uzun əl "var. 365info-yaa daxil olan məlumata görə, "Carabao” içkisini Azərbaycana Oman dövlətinin vətəndaşı olan ər-arvad gətirir.Xanımın adı Ranadır. Və bu biznes işində ər-arvadın Azərbaycan tərəfdən şəriki Cavid Ağayevdir. Onu da qeyd edək ki, Cavid Ağayev həm də "AKKORD”un baş direktorunun müavinidir. Məlumata görə, ərəbəsilli ər-arvadla cənab Cavid Ağayevin arasında 5 milyon dollarlıq qalmaqal ortaya çıxıb. Ər-arvad iddia edir ki, Cavid Ağayevin bu şərikli biznesdə 5 milyon dollarlıq "kəsiri” var və pulu AKKORD-un direktor müavinindən tələb edirlər.
Cavid Ağayev isə ər-arvada təklif edib ki, biz 3 şərikik: mən, ər və arvad. Ona görə də 5 milyonu 3 nəfərin arasında bölmək lazımdır. İndi məlum oldumu, kimin və neçə milyonun hesabına "Carabao” içkisi qanunsuz olaraq Azərbaycan bazarına, hətta telekanallara, şou proqlamlara yol tapıb..?

Digər bir məlumatda deyilir ki, Cavid Ağayev bir çox təşkilatların xidmətindən istifadə etsə də, onların vəsaitlərinin köçürülməsini təmin etməkdən yayınır. Mənbə qeyd edir ki, Cavid Ağayev öz ətrafına olan borclarını ödəsə də bir çox ciddi müəssisələrə olan borcunu ödəməkdən imtina edir. Müxtəlif xifmət sahələri üzrə fəaliyyət göstərən orta və xırda sahibkarlara qarşı maliyyə maxinasiyası etmək sadəcə biabırçılıqdı.

Mövzunu davam etdirəcəyik.

RƏYLƏR