Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar

OXUNUB: 781 İDMAN
İsrailin Holon şəhərində bu gün start götürmüş akrobatika gimnastikası üzrə Avropa Çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq, gimnastlarımız fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. 1-ci və 2-ci yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bu gündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaqlar. Çempionat noyabrın 3-ü yekunlaşacaq.

RƏYLƏR