Akşənər: Xocalı faciəsini unutmayacağıq

OXUNUB: 654 SİYASƏT

26 fevral 1992-ci il gecəsinin ilk saatlarında Azərbaycanın Xocalı şəhərində 106-sı qadın, 83-ü uşaq olmaqla, 613 qardaşımız vəhşiçəsinə qətlə yetirildi.

İcmal.Az-ın xəbərinə görə, bunu Türkiyənin keçmiş daxili işlər naziri və sabiq vitse-spiker, "İYİ PARTİ”nin lideri Meral Akşənər Xocalı soyqırımın 26-cı ildönümü ilə bağlı Azərbaycan xalqına verdiyi başsağlığında qeyd edib.

"Bu gözü dönmüş vəhşiliyi və geridə qalan acıları unutmadıq, unutmayacağıq. Rəbbim qardaşlarımızın məkanlarını cənnət etsin!”, - deyə Akşənər qeyd edib.

İcmal.Az

RƏYLƏR