Aksiya keçirən tələbələrlə bağlı islahat - Kamal Abdulla qaydaları dəyişdi

OXUNUB: 1081 index-manşet SOSİAL
Xarici Dillər Universitetində rektor təyin olunan Kamal Abdulla iclas keçirib.

İCMAL.az-ın xəbərinə görə, iclasda yeni qaydalar müəyyənləşib və rektor bəzi qərarlar verib.
 
Universitetdə qəbul edilmiş yeni qərarlar bundan ibarətdir:
 
- Yay məktəbi tam pulsuz olacaq;

- Apelyasiya imtahanlarında maksimum bal 2-dən 5-ə qaldırılacaq;

- İmtahan nəzarətçiləri fənn və ya fənnə yaxın müəllimlər olacaq;

- İmtahan nəzarətçiləri otaqda gəzməyəcək, tələbənin başının üstündə dayanmayacaq, yerində oturacaq;

- Çöldə əlavə nəzarətçilər olmayacaq, hər imtahan otağında bir nəzarətçi olacaq;

- Universitetdə kitabxana punktu yaradılacaq, tələbələr kitab üçün universitetin Təbriz küçəsindəki tədris binasına getməyəcək. Tələbə kitabın adını deyəcək və kitabxana əməkdaşları gətirib verəcək;

- 4-cü kursda oxuyan oğlan tələbələrə əsgərlik probleminə görə kəsrlərində köməklik olunacaq;

- İslam oyunları könüllüləri üçün heç bir problem yaranmayacaq;

- Tələbənin üzrlü səbəbi olarsa, onun üçün imtahanın vaxtı dəyişdiriləcək;

- Təhsil haqqının ödənişi ilə bağlı çətinlik yaranarsa, rektora ərizə ilə bildiriləcək.

RƏYLƏR