“AL” MARKETİN NÖVBƏTİ DİQQƏTSİZLİYİ VƏ MƏSULİYYƏTSİZLİYİ – FAKT

OXUNUB: 1207 İQTİSADİYYAT
Dünən axşam saatlarında "Al” marketə üz tutan alıcı vitirindən su əvəzinə aldığı məhsul spirt çıxıb.
 
Müştəri Nərmin Adilin sözlərinə görə marketdən aldığım su dezinfeksiya məhlulu çıxıb: "Sadə qazsız su götürüb, marketdən çıxdım. Telefonla danışa-danışa suyu açıb içdim. 1 saniyə keçdikdən sonra başa düşdüm ki, aldığım su deyil, spirt kimi sərt bir dadı olan mayenin ağzımda və məməmdə yanğı hiss elədim. Qonşular mənə kömək edərək, su verdilər. Daha sonra "Al” marketə qayıdıb əlimdəki suyun spirt olduğunu bildirdim. Lakin market işçilərinin və satıclarının dediklərinə görə, məhsulu gətirən firma su əvəzinə dezinfeksiya məhlulu göndərib. Satıcılar isə yalnışlıqla bilib, vitrnə qoyublar. Mənim şikayətimi ciddiyə almadılar. Bir müddətd keçdikdən sonar vəziyyət ağırlaşdı. Təcili tibbi yardım, eləcə də polisə müracitə edib, Respublika Toksikologiya Mərkəzinə gətirildim. Dünəndən vəziyyətim ağırdır, aparılan ekspertiza və qan analiz nəticəsində məndən "Metil” spirit aşkarlandı”.
 
Nərmin Adil bildirib ki, bununlada "Al” marketdən nə rəhbərliyindən, nə də market işçilərindən heç kəs vəziyyətimlə maraqlanmadı: "Hazırda onların üzündən 8 aylıq körpəmi evimdə qoyub, xəstəxanada yatıram. İndi isə içdiyim məhsula görə gözlərimdə və sinir sistemimdə problemlə yaranıb”. 
 
"Al” market rəhbərliyinin işçilərinin  məsuliyyətsizlik və laqeydsizlik səbəbindən insan sağlamlığının ölümlə üz-üzə olduğunu qeyd etmək mütləqdir. Market rəhbərliyinin bu vəziyyətlə bağlı açıqlamasını bilmək istəsək də, qarşı tərəfdən heç bir cavab verilmədi./iqtisadi.az



 

RƏYLƏR