Ali İhsan Genç: "Azərbaycanda "Eximbank"ın qurulmasına ehtiyac var"

OXUNUB: 1872 GÜNDƏM BANK MARAQLI

Bakı. 29 aprel. / "Bu gün Azərbaycanın inşaat sektorunun canlanmasına ehtiyac var". Bunu bu gün Bakıda ümumi yığıncağının iclası keçirilən Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyi (TÜİB) İdarə Heyətinin sədri Ali İhsan Genç deyib.

Sədr qeyd edib ki, Azərbaycanda evsiz insanların sayı getdikcə artır: "Təəssüf ki, bu gün tikinti sektorunda canlanma yoxdur. Texnikalar park edilmiş vəziyyətdədir. Hesablamalarımıza görə, bu gün 250-300 min evə ehtiyac var. Bəzi evlərdə bir neçə ailə yaşayır". 

"Əgər 2013-2014-cü illərdə ölkədə 5,3 mln. ton sement istehsal edilirdisə, ötən il bu rəqəm 2,2 mln. tona düşüb", - deyə TÜİB başçısı əlavə edib.

A.İ.Gençin sözlərinə görə, bu gün Azərbaycanda ixrac-idxal bankının (Eximbank) qurulmasına ehtiyac var: "Bu gün sərmayə qoyulması üçün zəmanət lazımdır. Düşünürəm ki, bu baxımdan "Eximbank"ın qurulmasının vaxtı çatıb".

RƏYLƏR