Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

OXUNUB: 501 SOSİAL

Bu il 91 min 498 nəfər ixtisas seçimində iştirak edəcək.

İcmal.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq:

"Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək. Onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir.

Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. İmtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək”.

Məleykə Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə, yerləşdirmədə müəyyən problemlər yaranır:

"Təəssüf ki, kodların seçilməsi prosesi başlayandan yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin və yenilərini seçəcəyik. Seçimlər dəqiq edilməlidir”.

İcmal.Az

RƏYLƏR