Almaniya məhkəməsindən müsəlman qadına qarşı QANUNSUZLUQ

OXUNUB: 687 DÜNYA

Almaniyanın Bradenburq əyalətində məhkəmə hakimi suriyalı qadını məhkəmə salonundan qovub.

Buna səbəb suriyalı qadının hicablı şəkildə məhkəməyə gəlməsi olub.

Almaniyada qaçqın statusu ilə yaşayan qadın hakimin tələbini rədd edib. Hakim isə məhkəmə prosesini təxirə salıb.

Şikayətçi qadının vəkili Nicat Abokala məhkəmədən göndərilən məktubda müvəkkilin növbəti məhkəmə prosesinə hicab geyinmədən qatılması tələb edilib.

Məktuba cavab yazan vəkil isə hakimin tələbinin ölkənin konsitutsiyasına və qanunlarına zidd olduğunu bildirib və bu tələbə etiraz edib.

Almaniya Konsitutsiya Məhkəməsi isə proses zamanı səlahiyyətli şəxslər xaric, hicablı qadınların məhkəmədən çıxarılmaması haqqında hələ 2006-cı ildə qərar çıxarıb./publika

 

İcmal.Az

RƏYLƏR