Almaniyanın Braunşvayg Texniki Universitetində Hacı Xanməmmədovun konsertinin təqdimatı olub

OXUNUB: 1047 MƏDƏNİYYƏT

7NEWS.azxəbər verir ki, 9, 11 və 12 iyul 2017-ci il tarixlərində Almaniyanın Braunşvayg Texniki Universitetinin konsert salonunda Hacı Xanməmmədovun kamança ilə alman orkestrinin ifasında türk musiqiçiləri tərəfindən konsertinin təqdimatı olub.

Bu barədə saytımıza Alman-Azərbaycan Cəmiyyətinin sədri, Profesor Çingiz Abdullayevməlumat verib.

Konsertin notlarının əldə olunmasında azərbaycanlı musiqi xadimləri Ali Can Güzəl, Fərəh Tahirova, Eyyub Quliyev və Elşən Mansurovun dəstəyi olduğunu deyən Ç.Abdullayev Professor Raymund Fogelsin və cənab Markus Lüdkenin səyi nəticəsində belə bir konsert proqramının ərsəyə gəldiyini və tamaşaçılar tərəfindən rəğbətlə qarşılandığını bildirib.

Tədbir alman mətbuatında geniş yer almışdır.



RƏYLƏR