Almaniyanın vergi gəlirləri artıb

OXUNUB: 212 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Almaniya Maliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə ölkədə federal və əyalət vergi gəlirləri 2021-ci illə müqayisədə 7,1 faiz artıb. Gözləntilər yüzdə 6,4 artım idi.

Almaniya Maliyyə Nazirliyinin aylıq hesabatına görə, 2022-ci ildə vergi daxilolmaları 814,9 milyard avro təşkil edib.

2022-ci ildə satışdan toplanan vergi daxilolmalarında və əməkhaqqından yığılan vergi daxilolmalarında artım olub. 2022-ci ildə korporativ vergi gəlirləri də artıb.

7NEWS.az

RƏYLƏR