Almazbek Atambayev: ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil

OXUNUB: 907 DÜNYA

"ABŞ-ın Özbəkistana hərbi texnika verməsi ilə bağlı qərarından heyrətləndim”.

İcmal.Az  "CA-NEWS”a istinadən xəbər verir ki, bunu Qırğızıstan Respublikasının prezidenti Almazbek Atambayev "Eurasia Group” analitik mərkəzi və "Time” jurnalının icmalçısı İen Bremmerə müsahibəsində bildirib.

"Mən ABŞ prezidenti Barak Obamanın pərəstişkarlarından idim. 2014-cü ildə Özbəkistanın mərhum prezidenti İslam Kərimov da belə demişdi: "Yəqin, bölgədə müharibə olacaq”. Bundan sonra ABŞ Özbəkistana əvəzsiz olaraq 328 zirehli hərbi maşın verəndə heyrətləndim. 

Onda ABŞ hakimiyyəti və Dövlət Departamentinin əməli məndə təəccüb doğurdu. ABŞ-dan demokratik Qırğızıstana sərmayə və yardım  getmir, ancaq Özbəkistana hər birinin qiyməti yarım milyon dollar olan 328 zirehli texnika verilir. Bundan sonra ABŞ-ın o vaxtkı dövlət katibi Con Kerri Qırğız Respublikasına səfər etmişdi. Mən ondan soruşdum: belə olan halda, siz demokratiya ilə bağlı ucadan necə danışa bilirsiniz? Mən 6 ildir prezidentəm. ABŞ xalqı deyil, hakimiyyəti tərəfindən həmişə belə münasibət görmüşəm. ABŞ-a gəldikdə isə, biz başa düşdük ki, onlara neft, təbii qaz və özlərinə lazım olan başqa maraqlar daha vacibdir. ABŞ-a dünyada demokratiyanın bərqərar olması lazım deyil. Barak Obama məni məyus etdi. İndiki prezident isə yalnız ABŞ-ın işləri ilə məşğul olacağını deyir”, - o vurğulayıb. 

İcmal.Az 

RƏYLƏR