Alpaqutçularımız "Avrasiya" kubokunda qalib oldular

OXUNUB: 1072 İDMAN
Gürcüstanda alpaqut üzrə "Avrasiya" kubokuna yekun vurulub.

22 və 24 iyun tarixlərində keçirilən yarış Dünya Alpaqut Federasiyasının və Gürcüstan Alpaqut Federasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilib. Kubok yarışında Gürcüstan, Rusiya, Azərbaycan, İran və Türkiyə iştirak edib. Turnirdə Azərbaycan Alpaqut Federasiyası ümumilikdə 30 nəfər idmançı və 4 nəfər məşqçi heyyəti ilə iştirak edib. 30 idmançıdan 12-si qızıl, 3-ü isə gümüş medala sahib olub. Yarışda Azərbaycan yığma komandasına AAF-ın Baş Katibi ,,Tegin" Rafiq Qasımov rəhbərlik edib. Qeyd edək ki, "Avrasiya" kubokunda inamla çıxış edən Azərbaycan alpaqutçuları komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə medallar, fəxri diplomlar və mükafatlar təqdim olunub./Xəbəraz.Az
 

 İcmal.Az

RƏYLƏR