Alt paltarını satışa çıxardığı üçün məhkəməyə vermişdi - Uduzdu

OXUNUB: 685 ŞOU-BİZNES

Məşhur pop ifaçısı Madonna uzun müddətdir ki, meneceri olan Darlene Lutzaya məhkəmədə uduzub.

O, köməkçisinin ona məxsus məktubları, saç tellərini və alt paltarını satışa çıxardığına etiraz edib. 

Nyu-York məhkəməsi Madonnanın iddiasını qəbul etməyib və hökm oxuyub. Qərarə əsasən, ifaçının 2003-ci ildə ayrıldığı repçi sevgilisi Tupacın ona yazdığı ayrılıq məktubunu, darağının üstündə olan saç tellərini və bir ədəd alt paltarını satışa çıxarıla bilər. 

 

Lutz isə məktubların ən azı 100 min dollar alıcı tapacağına inandığını bildirib. 

Bundan əlavə, menecer deyir ki, məktubların birində Madonna Uitni Hyuston və Şeron Stonun bayağı və yararsız biri olduqlarını yazıb.

İcmal.Az

RƏYLƏR