AMB depozit hərracında 200 mln. manat cəlb etdi

OXUNUB: 893 İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 200 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 676 mln. manat təşkil edib.

 Bu barədə AMB məlumat yayıb.

Hərracda tələb təklifi 3,38 dəfə üstələyib. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ümumilikdə 200 mln. manat cəlb olunub, orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil edib./report

 

İcmal.Az

RƏYLƏR