Amerika senatorları Rusiya əleyhinə sanksiyalar barədə razılıq əldə ediblər

OXUNUB: 677 DÜNYA

ABŞ senatorları Rusiyaya dair sanksiyaların genişləndirilməsini nəzərdə tutan qanun layihəsi üzrə razılığa gəliblər.  

İcmal.Az xəbər verir ki, bu barədə Washington Post məlumat yayıb. 

"Bu, çoxkompleksli qanun layihəsi olacaq, o, bütün aspektləri əhatə edir”, - Senatın xarici işlər üzrə komitəsinin rəhbəri respublikaçı Robert Korker bəyan edib. 

Nəşrin məlumatına görə, "Rusiyaya dair düzəliş hazırda baxılması üçün təqdim edilən İrana qarşı sanksiyalar haqqında qanun layihəsinə "bərkidiləcək”. Düzəlişlərə müvafiq olaraq, qanunda hazırkı sanksiyalar dəqiqləşdiriləcək və yeni məhdudiyyətlər əlavə ediləcək. Sənədin nəzərdən keçirilməsi artıq bu həftə nəzərdə tutulub.

Təkrar təsdiq və yeni tədbirlərin tətbiq edilməsi üçün arqument kimi "Rusiyanın Ukraynada aqressiv addımları, Suriyadakı əməliyyatları və eləcə də, kiber hücumlar” göstərilir.        

Daha öncə Federasiya Şurasının xarici işlər üzrə komitəsinin sədri Konstantin Kosaçev sanksiyaların sərtləşdirilməsi arzusunun amerikalı siyasətçilərdə sağlam düşüncənin olmadığının nümayişi olduğunu bəyan etmişdi.

İcmal.Az

RƏYLƏR