Amerikada dəhşət — Qaynatasını bıçaqla doğrayıb selfie çəkdi

OXUNUB: 852 DÜNYA
ABŞ-ın Virciniya ştatında dəhşətli hadisə baş verib.

26 yaşlı Amanda Teylor 59 yaşlı qaynatası Çarlz Teyloru bıçaqla qətlə yetirib. Daha sonra cinayəti törətdiyi qanlı bıçaqla meyitin önündə selfie çəkən qadın fotonu sosial şəbəkədə paylaşıb. Amanda fotonun altına "Çox xoşbəxtəm" sözlərini yazıb.

Ərinin intiharında qaynatasını günahlandıran cinayətkar qadın peşman olmadığını bildirib. O, ərinin ölümündən sonra ilk dəfə bu qədər xoşbəxt olduğunu qeyd edib.

Çarlz onun saçlarından tutsa da, Amanda qaynatasını bıçaqlamağa davam edib və ona olan nifrətini boşaltdığını bildirib. Məhkəmə cinayətkarı ömürlük həbs cəzasına məhkum edib./olke.az
 
İcmal.Az
 



RƏYLƏR