Amerikalı komik ABŞ-ın erməni icmasını təhqir etdi – VİDEO

OXUNUB: 135 DÜNYA

Amerikalı aparıcı və komik Trevor Noa "Daily Show” adlı verilişdə "murdar ermənilər” ifadəsini işlətməklə, ABŞ-ın erməni icmasını hiddətləndirib

"Bu həqiqətən gülüncdür. Elə bil kimsə deyir ki, "mən dünyanın ən tolerant insanıyam, istəyirsiz, o murdar ermənidən soruşun”, - deyə  aparıcı Donald Trampın "stabil dahiliklə”lə sözlərini şərh edərkən bildirib.

Veriilişin efirdə yayımlanmasından sonra  ABŞ-ın Erməni vəkillər assosiasiyası komikin bu ifadəsi ilə bağlı narazılıq edib və ermənilərin heysiyyətinə toxunan kəlməyə görə "Daily Show”un erməni xalqından üzr istəməsini tələb edib.

Xatırladaq ki, bir neçə gün əvvəl amerikalı Donald Tramp Maykl Volfun yazdığı qalmaqallı kitabda  onun barəsində yazılanları şərh edən zaman, onun savadını şübhəyə alan şəxsləri tənqid etmiş və özünün dahi olduğunu söyləmişdi. Müəllif  yazır ki, Trampın ətrafında olan bir çox dövlət rəsmiləri, onun psixiki baxımdan  siyasi fəaliyyətə yararsız olduğunu hesab edir.

Trevor Noa Comedy Central kanalında yayımlanan "Daily Show” adlı verilişdə, prezidenti "Twitter”də məsələyə münasibətini belə şərh edib.

" Kimsə  sizin, o qədər də savadlı olmadığınız haqqında kitab yazsaydı, siz bunun yalan olduğunu bilərdiz, çünki ağıllı adam belə iddialardan yan keçir. Ancaq Donald Tramp belə bir insan deyil” – deyə Noa bildirib.

"Həqiqət ondadır ki, kimlərinsə onun ağlını itirdiyi deməsini heç kimin xoşuna gəlməz. Ona görə mən, yaxşı başa düşürəm ki, Tramp niyə gecələr rahat yata bilmir” - deyə komik əlavə edib./oxu

İcmal.Az

RƏYLƏR