Amerikalı qadın turisti köpək balığı parçaladı

OXUNUB: 594 DÜNYA
Sakit okeanın kimsəsiz Kokos adası sahillərində pələng köpəkbalığının hücumu nəticəsində amerikalı qadın turist həyatını itirib.

İcmal.Az"Report"a istinadən bildirir ki, bu barədə məlumat "Sky News" telekanalının saytında yerləşdirilib.
Dəniz yırtıcısı ada yaxınlığında təlimatçı ilə dayvinqlə məşğul olan bir qrup turistə hücum edib. Zərərçəkmiş sudan çıxarılıb. Köpək balığı onun bir ayağını dişləyib. Qadına ilkin tibbi yardım göstərilib. Lakin o, aldığı yaralardan keçinib.
Köpək balığının hücumu nəticəsində təlimatçı da travma alıb. Həkimlər onun vəziyyətini stabil-ağır qiymətləndirirlər
 
İcmal.Az

RƏYLƏR