“Amrahbank ASC” ən etibarlı banklardan biridir

OXUNUB: 596 İQTİSADİYYAT
Andreyevna ilə "Amrahbank ASC” arasında həqiqətə uyğun olmayan bəzi faktlar haqqında məlumat yayılıb. Müraciətə əsasən bildirilir ki, guya 2006-2008-ci il tarixlərində Qalina Burlaçuk "Amrahbank ASC”yə əmanət kimi pul vəsaiti yerləşdirib bank isə həmin pulları mənimsəyib.
Icmal.Az xəbər verir ki, edilən müraciətlə əlaqədar olaraq bildirmək istəyirik ki, Bakı Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 29.12.2016-cı il tarixli və Ali Məhkəmə Mülki Kollegiyasının 2(102)-2947/2017 saylı 09.iyun 2017-ci il tarixli qərarlarında tam sübuta yetirilib. Belə ki, Burlaçuk Qalina "Amrahbank ASC”yə heç bir əmanət yerləşdirməyib.

Qətnamədə qeyd edildiyi kimi, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Burlaçuk Qalina Aleksandrovnaya ünvanlanmış 07.08.2012-ci il tarixli məktubdan müəyyən olunur ki, Qalina Burlaçukun adına "Amrahbank ASC”nin bazasında heç bir məlumat mövcud deyil və onun adına əmanət hesabı açılmayıb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31.03.2014-cü il tarixli 2703 saylı rəyindən də müəyyən olunur ki, Burlaçuk Qalina Aleksandrovna ilə bağlanmış əmanət müqavilələri saxtalaşdırılıb.

Qeyd edək ki, "Amrahbank ASC” Azərbaycan banklarıı arasında özünəməxsus yeri olan, düzgün bank siyasəti aparan ən etibarlıı banklardan biridir.
Amrahbank: Sizə açıq və aydın bank!
 
 
Icmal.Az

RƏYLƏR