Ana balasını əyləncəsinə qurban verdi - Polislər dəhşətə gəldilər - FOTO

OXUNUB: 659 DÜNYA
Uşağını acından öldürən ananı 10 il müddətinə həbs gözləyir.

Rusiyada 9 aylıq uşağını tək qoyub dostları ilə 1 həftəlik qonaqlığa gedən qadın saxlanılıb.

17 yaşında ana olan Viktoriya Kuznetsova adlı qadının 10 il müddətinə həbs olunması tələb olunur.

Bir neçə gündür Viktoriya və uşağını görməyən qonşular narahat olublar. Onlar polisə xəbər veriblər. Polis Viktoriyanın yaşadığı evə gedəndə dəhşətə gəlib. Onlar uşağın cəsədini tapıblar. Uşağın acından öldüyü məlum olub.

Qeyd edək ki, Viktoriya dostlarına uşağını xalasının yanına qoyduğunu deyib. O, uşağı acından ölərkən sosial şəbəkədə əylənərkən şəklini də çəkib yükləyib.

Viktoriya Kuznetsova məhkəməyə çıxarılıb. O, səhvini boynuna alıb. Viktoriya 10 il müddətinə azadlıqdan məhrum ediləcək./milli

Ana balasını əyləncəsinə qurban verdi - Polislər dəhşətə gəldilər - FOTO
Ana balasını əyləncəsinə qurban verdi - Polislər dəhşətə gəldilər - FOTO
İcmal.Az

RƏYLƏR