Ana iki azyaşlı qızını öldürdü, cəsədlərin yanında polisi gözlədi

OXUNUB: 479 DÜNYA

Türkiyədə dəhşətli qətl hadisəsi törədilib.

İcmal.Az Haberler-ə istinadla xəbər verir ki, Ankara şəhərində ana iki övladını öldürüb, polisə təslim olub.

Lütfiye Anver adlı qadın 8 və 5 yaşlı qızlarını öldürdükdən sonra cəsədlərinin yanında polisləri gözləyib.

 

Qadın uşaqlardan birini bıçaqla, digərini isə boğaraq öldürüb.

Deyilənə görə, qadının psixoloji problemləri olub.

İcmal.Az

RƏYLƏR