Ana qızı ilə birgə özünü 2-ci mərtəbədən atdı

OXUNUB: 694 SOSİAL HADİSƏ

Yevlaxda Kövər kəndində qadın qızı ilə birgə intihara cəhd edib.

 Kənd sakini 1985-ci il təvəllüdlü Bayramova Aygün Mahir qızı ailə münaqişəsi zəminində körpə övladı ilə birgə özünü yaşadığı həyət evinin ikinci mərtəbəsindən yerə atıb. 

Nəticədə ana və qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar yaxınlıqdakı insanların köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR