Ana uşaqlarını öldürüb, intihar etdi - Uşaqlar "Youtube"də tanınırdılar - FOTO

OXUNUB: 746 DÜNYA

Ana Yutub-da məşhurlaşan uşaqlarını öldürüb, sonra da intihar edib.

 Christina Treadway adlı qadın uşaqlarını öldürdükdən sonra körpüdən atlayaraq özünü öldürüb.

O, övladları 7 yaşlı Isaiah Miller və 3 yaşlı Iliya Miller-i öldürdükdən sonra Karolina ştatındakı I-485 körpüsünə çıxaraq intihar edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polislər cinayətin səbəbini araşdırır.

Uşaqların atası cinayətdə şübhəli deyil. İntihar edən qadının anası FOX TV-yə açıqlamasında bildirib ki, o, çox yaxşı valideyn və ər olub.

 

"O, həyat yoldaşından özünü öldürməsi ilə bağlı mesaj aldı. Özünü itirdi. Qızım mesajda özünü öldürəcəyini və buna görə üzr istədiyini qeyd etmişdi. Uşaqlarına atası çox yaxşı insan idi. Qızımın belə etməsinin səbəbini bilmirik".

Qeyd edək ki, Christina Treadway-ın Youtube sosial şəbəkəsində kanalı olub və o, bu kanalda indiyə qədər 23 videosunu paylaşıb. Videoların yüz minə yaxın baxışı var.

Christina videoda uşaqlarını nə qədər çox sevdiyini izləyicilərinə nümayiş etdirirdi./milli

Ana uşaqlarını öldürüb, intihar etdi - Uşaqlar

Ana uşaqlarını öldürüb, intihar etdi - Uşaqlar

İcmal.Az

RƏYLƏR