"Anam yarışa getməyim üçün nişan üzüyünü satdı" - Rafael Ağayev - VİDEO

OXUNUB: 891 İDMAN
Azərbaycan karateçisi Rafael Ağayev çətinliklə böyüyüb.

İcmal.Az yenicag.az-a istinadən xəbər verir ki, karyerası ərzində beş dəfə dünya çempionu olan Ağayev vaxtı ilə yarışa getməyə pul tapmayıb.

Bu məsələdə anası övladına dəstək olub. Belə ki, karateçinin valideyni qızılını sataraq oğlunun yarışa getməsinə köməklik göstərib.

Qeyd edək ki, "Qara brilyant" ləqəbli idmançımız 11 dəfə Avropa çempionu olmaqla yanaşı, iki dəfə İslam Həmrəyliyi Oyunlarının, bir dəfə isə Avropa Oyunlarının qalibidir.

 

İcmal.Az

RƏYLƏR