"Anamın üzünü görmək istəmirəm"- Küçəyə atılan Əlidən ÜRƏKDAĞLAYAN SÖZLƏR - VİDEO

OXUNUB: 875 SOSİAL
Space Tv-də yayımlanan "Olar? Olmaz!" verilişində ürək dağlıyan görüntülər tamaşaçılara təqdim edilib. 5 gündür parkda yatan Əli Hüseynli Amil Xəlilə müraciət edərək, həm atasını həm də Nənəsini axtarmaq istəyib. Teleaparıcı qısa müddətdə Əlinin nənəsini tapıb. Anası haqqında isə heç bir məlumat əldə edə bilməyib. Şəkidə qalan nənə də nəvəsindən imtina edib. "Mən qızımdan da nəvəmdən də imtina etmişəm." Efir vasitəsilə Əlini tanıyanlara səslənən Amil Xəlilə anası haqqında məlumatlar daxil olub. Sən demə Əli həqiqətən də evdə zorakılığa məruz qalıb. Teleaparıcının şəxsi sosial hesabında yazdığı status isə məslənin ciddiliyini birdaha ortaya qoyub. "5 gündür uşaq parkda yatırmış. Bir ahıl yaşlı kişi uşağı mənim yanıma gətirdi. Anonslar getdiyi vaxtda nənəsi haqqında sonda isə anası haqqında məlumat əldə etdim. İlk öncə düşündüm uşaqdır 13-14 yaşı olsa da yalan danışa bilər. Amma gördüklərim və eşitdiklərim məni dəhşətə gətirdi. Uşağın bədənində siqaret izləri və anasının etirafları... Adam rahatlıqla "hə, atalığı onu döyüb" deyir. Bu gün və birinci gün elə faktları təqdim edəcəm ki... Uşaq yalvarır ki məni atalığıma vermə. Ana ilə balanın görüşdüyü anıda təqdim edəcəm. İnanıram ki Əli rahat gün görəcək!"

Əlinin açıqlamalarına görə anası onu həm diləndirib həm də şar satdırıb. "Mənə deyirlər ki get pul gətir. Məktəbdən də çıxardıblar. Oxumağı bilmirəm. Yazmağı bilmirəm. Mənim taylarım məktəbə gedir mən isə işləyirəm"

Xatırladaq ki veriliş həftə içi hər gün saat 19:50 də Space Tv-də yayımlanır. Çox saylı tamaşaçıların xahişi ilə artıq şənbə günü də saat 22:40 da tamaşaçıların görüşünə gələcək.

Qeyd edək ki, verilişin informasiya dəstəyi BiG.AZ saytıdır. 

 

İcmal.Az

RƏYLƏR