Ananı öldürüb qızını yaralayan şəxs tutuldu

OXUNUB: 781 HADİSƏ

Lənkəranda evə basqın edərək ananın ölümünə, qızının isə ağır xəsarət almasına səbəb olan şəxs saxlanılıb.

İcmal.Az APA-ya istinadən məlumatına görə, aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni tördən şəxs Buzovna sakini Əkbərov Əziz Zeydulla oğludur. Keçirilmiş əməliyyat zamanı o, paytaxt Bakının Buzovna qəsəbəsində saxlanılıb.
 
İyunun 21-əə keçən gecə cinayətkar Lənkəran rayonu Liman şəhərində evə basqın edərək 1954-cü il təvəllüdlü Nəcəfova Arifə Əsəd qızı və onun qızı, 1977-ci il təvəllüdlü Nəcəfova İlahə Təvəkkül qızına bıçaq xəsarətləri yetirib. Nəticədə 63 yaşlı qadın xəstəxanada dünyasını dəyişib.
 
Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

İcmal.Az

RƏYLƏR