Anar Kərimov Mingəçevir teatr direktoruna şok səlahiyyət verdi: 10-12 NƏFƏRİN ADINA MAAŞ KARTI...

OXUNUB: 2598 Özəl MƏDƏNİYYƏT HADİSƏ
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İntiqam Valehoğlu məlumat verib: "Mingəçevir teatrında yenə aləm dəyib bir-birinə. Deməli, Baş rejissor Vüsal Mehrəliyev teatrın direktoru Anar Quliyevə deyib ki, ştatda 10-12 nəfər "ölü can" var, bunları çıxardaq, mən yeni aktyorlar dəvət edim, tamaşalar hazırlayım. Bu həmin 12 nəfərin də üzünü axırıncı dəfə teatrda görən olmayıb ha. Deyilənə görə maaş kartları da özlərində deyil. Anar Quliyev Baş rejissora deyib ki, Mədəniyyət Nazirliyi və konkret olaraq nazir Anar Kərimov icazə verib, mən də bildiyimi edirəm. Təsəvvür edin ki, Moskvada teatr rejissorluğuni bitirib gələn adam qalıb çıxılmaz vəziyyətdə... Yaxın vaxtlarda bu barədə geniş araşdırmanı və həmin 10-12 nəfərlik siyahını sizə təqdim edəcəyəm."

RƏYLƏR